Güləşçilərimiz Macarıstanda ermənilərin kürəyini yerə vurdu


Macarıstanın paytaxtı Budapeştdə keçirilən yeniyetmələrin dünya çempionatında Azərbaycanın 4 sərbəst güləşçisi də mübarizə aparıb.


Qaynarinfo xəbər verir ki, idmançılarımızdan ikisi məhz Ermənistan təmsilçilərinə yerini göstərib.

45 kq çəki dərəcəsində mübarizə aparan Yusif İsparov 1/8 final mərhələsində Hayko Qasparyanı 4:3 hesabı ilə üstələyib. 60 kq-dakı Abdulrəhman İbrahimov isə eyni raundda Hakob Davtyanın kürtəyini yerə vurub - 4:2.

Həmçinin Elman Məmmədovla (51 kq) Yusif Dursunov (92 kq) da mübarizəyə uğurlu qoşulub. Dursunov İsrail güləşçisini böyük hesabla (10:0) məğlubiyyətə uğradaraq adını növbəti mərhələyə yazdırıb. Məmmədov isə fransalı həmkarı üzərində 5:4 hesablı qələbə qazanmaqla 1/4 final mərhələsinə yüksəlib.

Bu gün güləşçilərimizdən İlkin Ağayev (71 kq) də döşək üzərinə çıxıb. İdmançımız qardaş ölkə təmsilçisi Ramazan Doğana 0:9 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu