Azərbaycanda polkovnik intihar etdi: tərxis olunmaq üçün müraciət edibmiş


Azərbaycan ordusunun zabiti intihar edib.


Yenicag.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun rabitə rəisi polkovnik Seyidov İlham intihar edib.

O, Ümumqoşun Ordunun baş qərargahında, xidməti otağında intihar edib.

Məlumata görə, polkovnik İlham Seyidov ordudan tərxis olunmaq üçün raport yazıb. Ancaq onu tərxis etməyiblər. Polkovnik İlham Seyidov məhkəməyə müraciət edib. Daha sonra onun 13-14-cü maaşını kəsib, yoxlama keçirib, cərimə yazıblar. Məhkəmə isə polkovnik İlham Seyidovun xeyrinə qərar vermədiyi üçün intihar edib.

Polkovnik Seyidov İlham Zərdab rayonunda dəfn edilib. Zərdab rayonundan əldə etdiyimiz məlumata görə, ailəyə ürək tutmasından rəhmətə getdiyi deyilib, ancaq tabutun açılmasına icazə verilməyib.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlanılsa da, heç bir açıqlama almaq mümkün olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu