Ronaldonun Bakıya gələcəyi tarix açıqlandı


2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Portuqaliya yığmasının sentyabrda keçirəcəyi oyunlarının proqramı müəyyənləşib.


Bu proqram əsasında Kriştianu Ronaldonun kapitanı olduğu komandanın Bakıya gələcəyi tarix bəllidir.

Fernandu Santusun yetirmələri sentyabrın 6-da Bakıya gələcək və millimizlə qarşılaşma üçün son məşqinə çıxacaq. Bir gün sonra isə millimizlə qarşılaşma olacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.(Demokrat.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu