İxtisas seçimi ərizəsində səhv edən abituriyentlərin diqqətinə


“İxtisas seçimi ərizəsində səhv edən abituriyentlər ərizələrini ləğv edib, yenidən doldura bilərlər”.


Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə feysbukda canlı yayım zamanı II və III ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında danışarkən bildirib.

O qeyd edib ki, iki ildir ki, abituriyentlərə belə şans verilir.

M. Abbaszadə həmçinin bildirib ki, abituriyentlərin ərizələrinə yalnız təsdiqlənmədən sonra baxılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu