Azərbaycanda vəhşilik: İnəyin buynuzunu kəsərək ayağını baltaladı - FOTOLAR
Şəmkir rayonunda inəyə qarşı insanlığa sığmayan vəhşilik edilib.
AFN-in baku.ws-ə istinadən verdiyi məlumata görə, hadisə rayonun Tatarlı kəndində baş verib.
İmran Əliyevə məxsus bir baş inək qonşu kənddə yaşayan şəxsin həyətinə girib. Ev sahibi isə diri heyvanın buynuzunu kəsərək ayağını baltalayıb.
İmran Əliyevin sözlərinə görə, inəyi örüşdən qayıtmadığı üçün şübhələniblər. Onların şübhələri isə əsassız olmayıb. Heyvana işgəncə edən şəxs inəyi gizlədib.
"Heyvanımız yaşadığımız yerdən 300 metr aralıda yerləşən qonşu kənddəki məhləyə girib. Gözümüzlə görməmişik, amma deyir, giribdi.
Tutub aparıb evinə. Heyvana işgəncə veriblər. Buynuzunu, ayağını balta ilə kəsib. Deyib ki, məni şikayət etmə, inəyi buraxacam. Çıx get. Sən demə, inək ölürmüş", - deyə İ.Əliyev bildirib.
Hazırda hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.










