Çin alimləri "super inək" istehsal ediblər


Çin normaldan iki dəfə çox süd verən mutant “super inəkləri” klonlaşdırdığını açıqlayıb.


Bildirilib ki, klonlaşdırılan "super inək" yanvarın 22-də doğulub. Çin mediasının məlumatına görə, "super inəyi" Ninxia Hui Muxtar Bölgəsinin alimləri klonlaşdırıblar.

Prosesi həyata keçirən Northwest A&F Universitetindən verilən açıqlamada ilk buzovun doğuş zamanı 56,7 kiloqram çəki, 76 santimetr boyu və 113 santimetr uzunluğu ilə klonlaşdırıldığı qeyd edilib. Klonlaşdırma məqsədlərinə çatan çinli elm adamları buzovların yetkinlik dövründə ildə 18 ton, ömrü boyu isə 100 tondan çox süd istehsal edəcəyini bildiriblər.

Alimlər normal inəkdən iki dəfə çox süd verən "super inək" sürüsü yaratmaq üçün işə başladıqlarını da açıqlayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu