Gürcüstanın keçmiş müdafiə naziri beş il müddətinə həbs olunub


Gürcüstanın sabiq müdafiə naziri, “Formula” televiziya kanalının təsisçisi David Kezeraşvili beş il müddətinə azadlıqdan məhrum edilib.


Bu barədə ölkənin Ali Məhkəməsi hökm verib.

David Kezeraşvili 5 milyon 60 min avro məbləğində vəsaiti mənimsəməkdə ittiham olunub. Sabiq nazirin bu vəsaiti Müdafiə Nazirliyi ilə bağlı bir layihə çərçivəsində mənimsədiyi bildirilir. 2017-ci ildə Apellyasiya Məhkəməsi D.Kezeraşviliyə bəraət versə də, məhkəmə prosesi bir neçə gün öncə bərpa edilib.

D.Kezeraşvili 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri vəzifəsini tutub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu