Yaqub Zurufçunun ağciyərlərinin 80 %-i buzlaşıb


TƏBİB koronavirusa (COVID-19) yoluxan Əməkdar artist Yaqub Zurufçunun səhhəti barədə açıqlama verib.


Məşhur müğənni süni tənəffüs aparatına qoşulub.

“Yeni Klinika”dan verilən məlumata görə, koronavirusa yoluxan Əməkdar artistin vəziyyəti ağır qiymətləndirilir:

“Ağciyərlərində COVID-lə bağlı ikitərəfli pnevmoniya yaranıb. Ciyərlərində 80 % buzlu şüşə, hipoksemik tənəffüs çatışmazlığı var. Qeyri-invaziv süni tənəffüs aparatı dəstəyindədir”.

Qeyd edək ki, Y. Zurufçu bu gün “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu