Yaqub Zurufçunun vəziyyəti ağır qiymətləndirilir - Yeni Klinikadan açıqlama
Əməkdar artist Yaqub Zurufçunun vəziyyəti ağır qiymətləndirilir.
Bu barədə AFN-ə əməkdar artistin müalicə olunduğu "Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib. Onun sözlərinə görə, koronavirusa yoluxan Qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir. Vəziyyətinə uyğun intensiv terapiya aparılır. Vəziyyəti ağır stabil olaraq qalır.