Yaqub Zurufçunun vəziyyəti pisləşib - AÇIQLAMA


Koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun vəziyyətində dünəndən pisləşmə müşahidə olunur.


AFN xəbər verir ki, bu barədə sənətçinin müalicə olunduğu "Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib. O qeyd edib ki, Y.Zurufçunun vəziyyətinin pisləşməsi kəskin böyrək çatışmazlığı ilə bağlıdır. "Bu məqsədlə ona hemodiyafiltrasiya - fasiləsiz böyrək əvəzedici terapiya başlanıb" - deyə şöbə müdiri vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu