Əfqanıstanda 150-dən çox KİV fəaliyyətini dayandırıb


“Taliban” hakimiyyətə gəldikdən sonra bir aydan az müddətdə Əfqanıstanın 20 əyalətində 150-dən çox Kütləvi İnformasiya Vasitələri (KİV) fəaliyyətini dayandırıb.


“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bağlanan KİV Əfqanıstanın azad media orqanlarıdır. Onların arasında radio, çap mediası və telekanallar var. KİV-in fəaliyyətinin dayandırılmasının səbəbi kimi onlara qarşı tətbiq olunan məhdudiyyətlər və iqtisadi çətinliklər göstərilir. Bildirilir ki, bu problemlər həll olunmasa, işini dayandıran KİV-in sayı artacaq.

Qeyd edək ki, bağlanan kanallardan biri Əfqanıstanın bütün əyalətlərində yayımlanan Inakas televiziyasıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu