Vətən müharibəsi qazisinin evi yandı


Zaqatalada Vətən müharibəsi qazisinin evində yanğın baş verib.


Bu gün axşam saatlarında rayonun Yuxarı Tala kənd sakini Osmanov Ələddin Xaliddin oğluna məxsus, ümumi sahəsi 100 kv/m olan kürsülü 3 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün FHN-in müvafiq qüvvələri cəlb olunub. Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları yanaraq yararsız hala düşüb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, ev sahibi Ələddin Osmanovun oğlu Elvin Osmanov Vətən müharibəsi iştirakçısıdır və o, döyüş zamanı yaralanıb.(Qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu