"Xarici şirkətlərin 68%-i Azərbaycanın iqtisadi sabitliyinə inanır" -

“Azərbaycanda Xarici Biznes: Biznes Mühiti sorğusu 2021” hesabatının sorğusunda iştirak etmiş xarici şirkətlərin 68%-i Azərbaycan iqtisadiyyatının vəziyyətinin sabit olduğuna inanır, 60%-i ölkəmizdə əlverişli biznes mühitinin formalaşdığını qeyd edir".
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Şirkətlərin 57%-i fəaliyyətini genişləndirmək və yaxud yeni investisiya qoymaq niyyətində olduqlarını, 43%-i məşğul olduqları sahələrdən asılı olaraq işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edə biləcəklərini, 22%-i bu layihələrdə iştirakının mümkünlüyünü, 17%-i isə yüksək maraq göstərdiklərini bildiriblər", - o deyib.