Yasamalın icra başçısına məxsus olduğu deyilən restoranda jurnalistin əlini sındırdılar - VİDEO


Yasamal rayonu icra hakimiyyətinin başcısı Elşad Həsənova məxsus olduğu bildirilən "Dəyirman" restoranında canlı yayımla çəkiliş aparan jurnalist Əvəz Hafizli yə qarşı göstərilən təziq nəticəsində sağ əlində sümük sınığı və vətərlərində zədələnməsi baş verib.


AFN xəbər verir ki, bununla bağlı Kamal 13-ün rəhbəri Əvəz Orucov açıqlama yayıb. O bildirib ki, həmçinin jurnalistin telefonu əlindən alınaraq sındırıl: "Məsələyə hüquq müdafiəçilərinin, jurnalistlərin, ictimai fəallarınvə eləcədə aktiv insanları biganə qalmamağa çağırıram".

Qeyd edək ki, Ə.Hafizli dünən gecə Yasamal rayonu ərazisində, "Dəyirman" restoranının qarşısında canlı yayım edərkən təzyiqə məruz qalıb. O, çəkiliş zamanı bildirib ki, hazırda adıçəkilən restoranın gizlin açılış mərasimidir. Jurnalist həmçinin restoranın Yasamal Rayon icra Hakimiyyətinin başçısı Elşad Həsənova məxsus olması ilə bağlı iddiaların olduğunu səsləndirib: "Restoranın qapıları bağlıdır, yalnız zənglərlə buraxılır adamlar içəri".

Çəkiliş zamanı restoranın həyətindəki dövlət nömrə-nişanlı avtomobillər də diqqət çəkib. Jurnalistə yaxınlaşan mühafizəçi onu vuraraq xəsarət yetirib və telefonu sındırılıb.

Yasamal Rayon İcra Hakimiyyətindən AFN-ə bildirildi ki, bütün bu iddialar yalandır: "Elşad Həsənovun adına nəinki Yasamalda, ümumiyyətlə ölkədə heç bir obyekt yoxdur. Restoranın qarşısında baş verən hadisə ilə Yasamal RİH-in hər hansı əlaqəsi də yoxdur".










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu