Argentina və İtaliya Maradonanın xatirəsinə yoldaşlıq görüşü keçirəcək


Ötən ilin noyabrında vəfat edən argentinalı sabiq futbolçu Dieqo Maradonanın xatirəsinə İtaliya və Argentina yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək.


Bu barədə Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, qurumun UEFA ilə razılıq əldə etdiyi və Argentinayla İtaliya yığmaları arasında yoldaşlıq oyunu keçiriləcəyi bildirilib.

Maradonanın xatirəsinə həsr olunan oyun 2022-ci ilin iyununda olacaq. Dəqiq tarix hələ bəlli deyil.

Qeyd edək ki, Maradona 2020-ci ilin noyabrın 25-də, 60 yaşında vəfat edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu