DİN: "Bakıda məktəbin həyətindəki dava ilə bağlı araşdırmalara başlanılıb"


Daxili İşlər Nazirliyi (DİN) Bakıda özəl məktəblərdən birinin həyətində yaranan insidentə münasibət bildirib.


DİN-in mətbuat xidmətindən AFN-ə bildirilib ki, yaranan insidentlə bağlı araşdırmalara başlanılıb.

“Yayılan videogörüntülərdən məlumatlıyıq. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. İctimaiyyətə əlavə məlumat veriləcək”, - Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə məktəbin mühafizəçisi ilə valideynlərdən birinin əlbəyaxa dava etdiyi görüntüləri yayılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu