Bakıda baş verən kütləvi davanın VİDEOsu yayıldı


Bakının Nərimanov rayonunda əlbəyaxa dava baş verib.


Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, hadisə "Nərimanov” metrostansiyası yaxınlığında, dönərxanalardan birinin qarşısında qeydə alınıb.

Bir qrup şəxs gecə saat 03:00 radələrində əlbəyaxa dava edərək asayişi pozublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən mətbuatın sorğusuna cavab olaraq bildirilib ki, yayılan görüntülərdə əks olunan mübahisənin təfərrüatları ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu