Ərdoğan ABŞ-ın İraq və Əfqanıstandakı fəaliyyətini tənqid edib
"Soyuq müharibə" dövrünün ikiqütblülüyü ABŞ-ın zəfəri ilə yekunlaşmışdı. Sonra isə ABŞ-ın təkmərkəzli dünya siyasətinə şahid olduq. Ancaq indi anlaşılır ki, bütün beynəlxalq sistemə təkbaşına nəzarət etmək mümkün deyil".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Kriter" nəşrinə müsahibəsində deyib.
Türkiyə lideri ABŞ-ın İraq və Əfqanıstandakı fəaliyyətini tənqid edib: "ABŞ bu illər ərzində İraq və Əfqanıstanda nə demokratiya inşa etdi, nə də dövlət".(Report)