Tovuzdakı qəzada ölən və yaralanan şəxslərdən biri qazi olub - FOTO

Bu gün səhər saatlarında Tovuz rayonunda baş verən qəzada vəfat edən şəxs və yaralılardan biri Vətən Müharibəsi qazisi olub.
Qazi Yasin Səməndərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Anar Əyyubovun idarə etdiyi “Toyota Land Cruiser” toqquşub.
Qəza nəticəsində “Mercedes”də olan sərnişin, Vətən Müharibəsi iştirakçısı, 1996-cı il təvəllüdlü Samir Cəfərov ölüb.
“Toyota”da olan Sərxan Namazov, Famil Cəfərov və Muxtar Rzayev xəsarət alıb.
Fotoda: Xəsarət alan Yasin Səməndərov