Yoluxanların sayı kəskin artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1850 yeni yoluxma faktı qeydə alınıb, 735 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
AFN xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 14 nəfər COVID-19-dan dünyasını dəyişib.