DİN Qaxda 2 uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı məlumat yayıb


Daxili İşlər Nazirliyi (DİN) Qax rayonunda 2 uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı məlumat yayıb.


DİN-in Mətbuat Xidmətindən AFN-ə daxil olan məlumatda deylir:

"Oktyabrın 19-da saat 20 radələrində Qax rayonunun Tasmalı kəndində yaşayan Mübariz Qasımov, oğlu - 12 yaşlı Murad və qardaşı oğlu - 9 yaşlı İbrahimxəlil Qasımzadə qidadan (göbələk) zəhərlənmə ilə xəstəxanaya aparılıb. Murad və İ.Qasımzadə orada ölüb, M.Qasımovun vəziyyəti orta-ağırdır.

Araşdırma aparılır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu