Kamran Əliyev: “Azyaşlılara qarşı törədilən cinayətlərlə bağlı ən ağır cəza tədbirləri görülür”
"Təsədüfü hadisələr nəticəsində törədilən, böyük ictimai təhlükə törətməyən, az ağır, ehtiyatsızlıqdan törədilən cinayətlərlə bağlı humanistləşməyə getməliyik”.
Bunu “Real TV”yə müsahibəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.
“Hətta bəzi məsələlərdə dekriminallaşmaya getməliyik. Amma harada qatı, ağır, şəxsiyyət əleyhinə törədilən, korrupsiya və digər cinayətlər varsa, biz orada tam qəti, kəsərli addımlar atmalıyıq və atırıq da. Bizim qanunvericilikdə kifayət qədər əsaslar var. Azyaşlılara qarşı törədilən cinayətlərlə bağlı ən ağır cəza tədbirləri həyata keçirilir", - o vurğulayıb.