Azərbaycan büdcə kəsrinin maliyyələşdirilməsində borclanmanı kəskin azaldır


Gələn il Azərbaycanın dövlət büdcəsinin kəsirinin 3 063 milyon manat təşkil edəcəyi gözlənilir ki, bunun da 35,9%-i xarici və daxili borclanma hesabına aradan qaldırılacaq.


Bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 37 faiz bəndi azdır.

2022-ci ildə büdcə kəsrinin 41%-i isə vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdiriləcək. 2021-ci ildə bu mənbə nəzərə alınmayıb.

Gələn il büdcə kəsrinin aradan qaldırılmasında layihələr üzrə cəlb edilmiş kreditlərin xüsusi çəkisinin 21,3%-dən 19,4%-ə, özəlləşdirmədən daxilolmaların isə 5,7%-dən 3,7%-ə düşəcəyi proqnozlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu