Azərbaycanda gömrük rüsumları üzrə daxilolmalar 21% artacaq


Gələn il Azərbaycanın dövlət büdcəsində gömrük rüsumları üzrə daxilolmaların 1 150 mln manat təşkil edəcəyi gözlənilir.


Bu, "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 21,1 % çoxdur.

Proqnozun artırılması qeyri-neft sektoru üzrə idxalın və ümumilikdə idxalın artımlar proqnozlaşdırılması ilə bağlıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu