Fuad Muradovu nümayişkaranə surətdə işdən çıxan adama yenidən vəzifə verməyə nə vadar etdi?


Diasporla İş üzrə Dövlət Komitəsində aparılan kadr təyinatları ilə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub.


AFN xatırladır ki, bir neçə gün əvvəl Yəhya Babanlı qurumun 4-cü ərazi şöbəsinin (Asiya, Türkiyə, Avstraliya və Okeaniya) müdir müavini vəzifəsinə gətirilib. Onun adıçəkilən komitədə vəzifə alması bir çoxlarının təəccübünə səbəb olsa da, heç demə, bu qurumda 1 ilə yaxınmış vəzifə alıbmış. O, ötən il komitə sədri Fuad Muradovun əmrilə İnformasiya və təbliğat şöbəsinə təyin edilib. Buna qədər isə diaspora ilə bağlı fəaliyyəti yalnız Komitəni tənqid etməkdən ifarət olub. Diqqətli oxucular Y.Babanlının sosial şəbəkələrdə Diasporla İş üzrə Dövlət Komitəsi və onun rəhbərliyinin fəaliyyətindəki nöqsanlarla bağlı araşdırma tipli yazılarını yaxşı xatırlayır. Və birdən-birə necə olursa, bu şəxs tənqid etdiyi, fəaliyyətini təqdir etmədiyi qurumda vəzifə ilə "ödüllənir". Bunu da komitə rəhbərliyinin işində yol verdiyi nöqsanların siyahısına yazsaq, yəqin ki, hörmətli Fuad Muradov bizdən inciməz.
Redaksiyamıza verilən məlumata görə, Y.Babanlı təxminən iki ay öncə komitədən işdən nümayişkaranə surətdə ayrılıb. Lakin yenə hansısa möcüzəli əl onun yenidən bu qurumda vəzifəyə təyin edilməsinə səbəb olub. Maraqlıdır, 1-2 il öncəyədək Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovu, onun fəaliyyətini ciddi tənqid edən Y.Babanlı necə oldu ki, birdən-birə vəzifə aldı, hətta vəzifədə irəliləməyi bacardı? Bu sualın cavabını bilmirik və təbii ki, hər hansı sorğu vasitəsilə ala da bilmərik. Biz faktı ictimailəşdiririk, aidiyyatı qurumların və şəxslərin xəbəri olsun deyə...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu