“Sədərək”də yeni axunda etiraz edən şəxs həbs edildi


“Sədərək” Ticarət Mərkəzində yerləşən məscidin axundunun dəyişdirilməsinə etiraz edən Aydın Nağıyev həbs edilib.


A.Nağıyev noyabrın 12-də məscidin içində axund hacı Əkrəmin çıxarılaraq yerinə Fərid İsmayılzadənin təyin edilməsinə etirazını bildirib. O, hadisədən sonra “Sədərək” TM-nin mühafizəçiləri tərəfindən döyüldüyünü bildirmişdi.

Məsciddən A.Nağıyevin iddiaları ilə bağlı bildirilib ki, həmin şəxs özü barmağına xəsarət yetirdikdən sonra qanını üzünə sürtərək döyüldüyü görüntüsünü yaradıb.

Həmçinin oxuyun: Ev tikməyə kömək etmədiyi üçün arvadını döyən 64 yaşlı kişiyə cəza verildi

Özünü DTX əməkdaşı kimi tanıdıb dələduzluq etdi​

Hadisə ilə bağlı Qaradağ RPİ 10-cu Polis Bölməsində araşdırma aparılıb.

Aydın Nağıyev İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmamaqda) ittiham edilib. Onunla bağlı toplanan materiallar Qaradağ rayon məhkəməsinə göndərilib. Hakimin qərarı ilə Aydın Nağıyev 15 sutka inzibati qaydada həbs edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu