Milli Məclisin iclası başlayıb: DSMF-nin büdcəsi müzakirə edilir


Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.


Toplantıya spiker Sahibə Qafarova sədrlik edir.

İclasda 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişiklik layihələri birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, iclasda “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, layihəni Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edir.

Daha sonra isə deputatlar məsələ ətrafında çıxış edəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu