Deputatlar gələn ilin büdcə zərfini ikinci oxunuşda müzakirə edirlər
Milli Məclisin payız sessiyasının bu gün keçirilən növbəti plenar iclasında "2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
AFN xəbər verir ki, gələn ilin büdcəsinin göstəricilərini parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.
Toplantıda hökumət üzvləri iştirak edirlər.