DSX Akademiyasının tələbəsi intihar etdi


Dövlət Sərhəd Xidmətinin Akademiyasının 2-ci kursunda təhsil alan kursant Nəbiyev Telman Elman oğlu intihar edib.


Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Hadisə noyabr ayının 17-də saat 21:00 radələrində qeydə alınıb.

Telman Nəbiyev naməlum səbəbdən özünü asıb.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq orqanları tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, DSX Akademiyasının kursantı 2003-cü il təvəllüdlü Nəbiyev Telman Elman oğlunun 17 noyabr 2021-ci il tarixdə intihar etməsi faktına görə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu