Diaqnostika mərkəzlərinin mərkəzi xəstəxanalara birləşdirilməsi nəyi dəyişəcək?


"Mərkəzləşdirilmiş qaydada idarə olunma effektivliyin artırılmasına səbəb olmalıdır. Ən azından burada sektiv idarəedilmə məsələsi önə çəkilir”.


Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli rayonlarda fəaliyyət göstərən diaqnostika mərkəzlərinin rayon-şəhər mərkəzi xəstəxanalarına birləşdirilməsinin iqtisadi aspektindən danışarkən deyib. Amma həmsöhbətimizə görə, diaqnostika mərkəzlərinin idarə olunmasının mərkəzləşdirilməsi və yaxud rayon tabeçiliyinə verilməsi o qədər də əhəmiyyətli deyil: "Əhəmiyyətli olan, orada göstərilən xidmətlərin keyfiyyəti və qiymətidir. Regionlardakı diaqnostika mərkəzlərinin əksəriyyətində mütəxəssislərlə bağlı ciddi problemlər var. Regionlardakı diaqnostika mərkəzlərində mütəxəssis çatışmır. Onun nəticəsidir ki, region əhalisi əksər hallarda dəqiq diaqnostika və müalicə üçün Bakıya üz tutmalı olur. Əsas problem budur. Söhbət tək mərkəzləşdirilmiş idarəetmə məsələsinin həllindən getmir”.

N. Cəfərli bildirir ki, effektivlik olacaqsa, xərclərin azaldılaraq optimallaşdırılması baş verəcəksə, atılan addımı müsbət dəyərlənidrmək olar:

"Hər şey gedişatda bilinəcək. Əsas məsələ isə icbari tibbi sığortanın tətbiqində olan boşluqlarla bağlıdır. Diaqnostika mərkəzləri də bu mənada vətəndaşlar üçün müəyyən problemlər yaratmaqda davam edir. İnsanlar icbari tibbi sığortanı ödəsə də, hansı diaqnostik xidmətdən istifadə edə biləcəklərini dəqiq bilmirlər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu