Ermənistan MN Kəlbəcərdəki bugünkü təxribatları zamanı itkilərini açıqlandı
Ermənistan Müdafiə Nazirliyi bu gün sərhəddəki təxribatlari ilə bağlı məlumat yayıb.
Məlumata görə, Ermənistan tərəfindən bir nəfər ölüb, 8 nəfər isə yaralanıb.
Yaralılardan altısının vəziyyəti ağır, daha ikisinin vəziyyəti orta və yüngüldür.
Hərbi idarə bu gün həlak olan əsgərin adını da açıqlayıb. Bu, 19 yaşlı sıravi Vaqe Vaqarşakoviç Manaseryandır. (caliber.az)





