Emin Əmrullayev təhsillə bağlı ictimai müzakirələrin aparılmasını təklif edib
"Gələn ildən başlayaraq ölkənin hər yerində müxtəlif insanların iştirakı ilə platformalar yaratmalı və təhsillə bağlı müzakirələr aparmalıyıq".
Bunu təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, təhsilin inkişafı üçün ictimai müzakirə önəmli məsələdir: "Düşünürəm ki, biz bunu Təhsil İnstitutu platforması altında etməliyik. Təbii ki, müzakirələr faydalı suallar ətrafında olmalıdır. Digər tərəfdən təhsilimizin irəli getməsi üçün elmi tədqiqatlar lazımdır. Bu çərçivədə yeni təhsil siyasəti modellərini yaratmaq mümkündür. Bura təhsilin məzmunu, metodikası və digər məsələlər aiddir. Həmin dəyişiklikləri birbaşa yox, ardıcıl pilot layihələr çərçivəsində tərbiq etmək olar".(Report)