Nazir: Ali təhsil müəssisələrində differensial yanaşma olmalıdır
"Ali təhsil müəssisələrində də differensial yanaşma olmalıdır".
"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev V iqtisadiyyat və idarəetmə sahəsində tədqiqatçıların beynəlxalq elmi konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, elmi tədqiqatların müəyyən differensial əsasda maliyyələşmə mexanizmini hazırlayıb tətbiq etmək lazımdır: "Ümumi təhsil müəssisələrində bunu təxminən 10 il müddətinə həyata keçirməyə müvəffəq ola bildik. Ali təhsil müəssisələrində də differensial yanaşma olduqca vacibdir. Harada daha çox tədqiqat apara biləcək insanlar varsa, harada tədqiqatlar daha yüksək reytinq toplayırsa, ora daha çox dövlət maliyyəsi axmalıdır. Bu iş daha yaxşı olmalıdır".