Əri narkotikə görə həbsdə idi, özü də tutuldu


Nərimanov rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qadın saxlanılıb.


DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Cəlilabad rayon sakini İlahə İsmayılovanın üzərinə baxış zamanı 1 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilib. Araşdırma zamanı həmin şəxs narkotik vasitələri satmaq məqsədilə xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldığını bildirib.

Qeyd edək ki, İ.İsmayılovanın həyat yoldaşı da narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün bir müddət əvvəl həbs edilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu