Yas mərasimlərinə icazə verilməməsinin səbəbi açıqlandı
“Toylarda vaksin pasportlarına, ara məsafəsinə, maska tələbinə nəzarət etmək daha asandır”.
Bunu brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.
O bildirib ki, yas mərasimlərində bu prosedurlara nəzarət etmək çətindir: “Böyük insan selinin qarşısında COVID-19 pasportu yoxlamağın nə qədər mümkün olduğunu aydınlaşdırmaq lazımdır. Buna görə də hazırda yas mərasimlərinə icazə verilməsi gündəmdə deyil.
"Omicron" ştamı ilə bağlı məsələ bitdikdən sonra bu məsələyə baxıla bilər. İndi yaslara icazə verilməsi virusun daha geniş yayılmasına səbəb ola bilər”.