Hökumətin dərslərlə bağlı mövqeyi açıqlandı
![](/uploads/posts/2021-08/1629447153_modern_az_70168094_2672779732746161_2039517077940731904_n_317.jpg)
“Hamı yorulub, hamı da istəyir ki, mümkün qədər bu məsələdən tez qurtarsın”.
AFN xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə prezidentin köməkçisi Şahmar Mövsümov deyib. O bildirib ki, saxta COVİD pasportu alanları başa düşmək çətindir: "Bizə sual versinlər ki, nəyə görə peyvəndə inanmırıq?! Sadəcə inanmadıqlarını deyirlər".
Ş.Mövsümov məktəblərlə bağlı məsələyə də toxunub: “Sentyabrın 15-dən dərslərə başlanılması nəzərdə tutulur. Valideynlərin peyvəndlənməsi ilə bağlı tələb qoyulmayıb. Amma təhsil işçilərinin 80 faizi peyvəndlənməlidir”.