Bu tarixdə Azərbaycanda toy və yas mərasimlərinə icazə verilə bilər (AÇIQLAMA)
Mayın 4-dən sonra yas mərasimlərinə icazə verilə bilər.
Qaynarinfo xəbər verir ki, bunu ölkə.az-a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib.
Onun sözlərinə görə, mayın 4-dən sonra toy və yas mərasimlərinə icazə verilməsi məsələsi Nazirlər Kabineti yanında Operativ Mərkəz tərəfindən vəziyyət tam araşdırılıb, məqsəduyğun sayıldıqdan sonra verilə bilər.
"Yəni toy və yas mərasimlərinə icazə barədə qərar pandemiyanın vəziyyətindən asılı olaraq veriləcək", - baş infeksionist bildirib.