ABŞ Almatıdakı Baş konsulluğunu bağladı


Qazaxıstanda davam edən kütləvi etirazlar fonunda ABŞ-ın Almatıdakı Baş konsulluğu cümə axşamı ziyarətçilər üçün bağlı olacaq və onun işçiləri onlayn rejimdə işləyəcək.


Bu barədə məlumat diplomatik missiyanın saytında yayılıb.

Diplomatik nümayəndəlik soydaşlarını nümayişlərin keçirildiyi yerlərdən uzaq durmağa, eyvan və pəncərələrdə görünməməyə, mümkün qədər çölə çıxmamağa çağırıb.

“Almatıdakı Baş Konsulluq cümə axşamı, yanvarın 6-da ziyarətçilər üçün bağlı olacaq və işçilər uzaqdan iş rejiminə keçiriləcək. Nur-Sultandakı səfirlikdə və Almatıdakı Baş konsulluqda Amerika vətəndaşlarına bütün xidmətlər və viza müsahibələri təxirə salınır”, - deyə məlumatda qeyd edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu