İsveçrənin müvəqqəti işlər vəkili İran XİN-ə çağırıb


İran Xarici İşlər Nazirliyi Vaşinqtonun maraqlarını Tehranda təmsil edən İsveçrənin müvəqqəti işlər vəkilini ABŞ və Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) irəli sürdüyü “əsassız” ittihamlara etiraz etmək üçün çağırıb.


İran Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, İsveçrənin müvəqqəti işlər vəkili cümə axşamı günü Nyu-Yorkda ABŞ-Körfəz Əməkdaşlıq Şurası nazirlərinin görüşündən sonra verilən birgə bəyanat və təxribat xarakterli bəyanatla əlaqədar cümə axşamı çağırılıb. "Diplomata "qətiyyətli etiraz və qınaq" ifadə edilib" - deyə bəyanatda bildirilir.

İran Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir ki, regionda təhlükəsizlik və sabitliyin təmin edilməsində öz ağıllı yanaşmasına əsaslanaraq, İran heç vaxt ABŞ-ın iranofob siyasətlərini davam etdirərək, regional sərvət və resursları talan etməsinə icazə verməyəcək. "İsveçrə təmsilçisi İranın mesajını Amerika rəsmilərinə çatdıracağına əmin edib" - deyə bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu