Haitidə iki jurnalist cinayətkarlar tərəfindən diri-diri yandırılıb


Haitidə cinayətkarlar dəstəsi Porto-Prens məhəllələrindəki kriminal vəziyyəti işıqlandıran iki jurnalisti diri-diri yandırıb.


Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən CNN məlumat yayıb.

Məlumata görə, üçüncü jurnalist qaça bilib. Hadisənin təfərrüatı və quldurların müxbirlərə qarşı vəhşicəsinə qətliam törətməsinin səbəbləri məlum deyil.

Yerli “Radio Ecoute FM” radiostansiyasından CNN-ə bildirilib ki, qurbanlardan biri onların əməkdaşıdır.

Mənbə: lenta.ru



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu