Dəhşətli görüntü: Su ayqırı 2 yaşlı uşağı diri-diri uddu


Uqandada Edvars gölü yaxınlığında baş verən hadisə dünya mətbuatında geniş əks-səda doğurub.


AFN.az xəbər verir ki, İqa Paul adlı iki yaşlı uşaq begemotun hücumuna məruz qalıb. Begemot iki yaşlı uşağı diri-diri udub. Belə ki, Edvars gölü ərazisindəki evinin qarşısında oynayan iki yaşlı uşaq begemot tərəfindən hədəfə alınıb. Uşağa yaxınlaşan begemot qəfildən onu diri-diri udub. Vəziyyət fərq ediləndən sonra begemot yerli əhali tərəfindən daş-qalaq edilib. Camaatın reaksiyasından sonra begemot tüpürüb və bu zaman möcüzə sayıla biləcək hadisə baş verib: Paul yüngül xəsarətlər alaraq onun ağzından yerə düşüb.
Baş verən hadisədən sonra Uqanda polisi hadisə ilə bağlı açıqlama verərək, “İlk dəfədir ki, begemot Edvars gölündən çıxıb kiçik uşağa hücum edir. Yaxınlıqda olan Krispas Baqonza adlı şəxsin begemotu daşqalaq edib qorxutmasından sonra o, ağzını açmağa məcbur olub. Begemotun ağzından çıxan Paul müalicə üçün yaxınlıqdakı klinikaya aparılıb. Uşağın səhhətinin yaxşı olduğu bildirilib".






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu