Nazirlik "Progress-2016" ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək - AÇIQLAMA
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1A ünvanında "Progress-2016" MTK tərəfindən hündür mərtəbəli binanın tikintisi aparılarkən qazıntı işləri zamanı ərazidəki 5 ağacın aşdığı, 6 ağacın isə aşma təhlükəsi olduğu müəyyən edilib.
Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev AFN-ə bildirib ki, araşdırma zamanı təbiətə 2100 manat məbləğində ziyan dəydiyi məlum olub. “Faktla bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunacaq" - deyə nazirlik rəsmisi qeyd edib.







