KTMT dövlət başçıları Qazaxıstandakı vəziyyətlə bağlı toplanacaq
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlət başçılarının Qazaxıstandakı vəziyyətlə bağlı videokonfrans formatında görüşü keçiriləcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri, KTMT-nin hazırkı sədri Nikol Paşinyanın mətbuat xidməti məlumat yayıb.
Onlayn konfrans yanvarın 10-na təyin edilib.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu məlumatı təsdiqləyib.