Əhaliyə hava ilə bağlı xəbərdarlıq edildi

Yaxın günlər ərzində Abşeron yarımadasında tez-tez gilavar küləyinin xəzri küləyi ilə əvəz olunacağı, atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı tibbi-meteoroloji xəbərdarlıqda bildirilib.
Qeyd olunub ki, belə hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdi.