BMTM rəhbəri: “Rusiyanı Cənubi Qafqaz bölgəsindən çıxarmaq mümkün deyil”


“Rusiya bölgədə oyunçu olub, oyunçudur və oyunçu kimi qalacaq. Rusiyanı Cənubi Qafqaz bölgəsindən çıxarmaq mümkün deyil”.


Bunu Tbilisidə Rondeli Fondunun keçirdiyi konfransda çıxış edən Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O bildirib ki, Qərbin bölgəyə çox fəal cəlb olunmadığı görünür: “ABŞ bölgədən demək olar tam çıxıb. Barak Obama administrasiyasından tutmuş indiki ABŞ rəhbərliyinə qədər Vaşinqtonun bölgə ilə bağlı aydın siyasəti yoxdur. Hazırda Avropa İttifaqı aydın mövqe sərgiləyir. Hesab edirik ki, Avropa İttifaqının bölgəyə yardım paketi daha balanslı olmalıdır”.

BMTM rəhbəri Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətində də toxunub. F.Şəfiyev qeyd edib ki, onların Azərbaycan ərazisində qalması müddəti Bakı-İrəvan münasibətlərindəki tərəqqidən asılı olacaq. “Biz inanırıq ki, sülh yolunda irəliləmək hər iki tərəfin marağındadır”.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu