Son 20 ildə bağlı qalan 8 cinayət açılıb
Baş Prokurorluqda 2021-ci ilin yekunlarına həsr olunan geniş kollegiya keçirilir.
Qurumun mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, Baş prokuror Kamran Əliyev çıxış edərək bildirib ki, ötən il qeydə alınmış 31 min 131 cinayətin 87,3 faizinin üstü açılıb:
“Hesabat dövründə İstintaq idarəsində 328 cinayət işinin ibtidai istintaqı aparılmaqla 120 şəxs barəsində 96 cinayət işinin istintaqı yekunlaşdırılıb. Bunlardan 24 şəxs barəsində 17 iş - qəsdən adamöldürmə faktları ilə bağlı olub. 2000-2021-ci illərdə qeydə alınmaqla bağlı qalmış 8 cinayət işinin açılması təmin olunub.
İbtidai istintaqı tamamlanan cinayət işləri üzrə 67 milyon 165 min manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilib”.