Görüntüləri yayılan şagirdlərdən biri ilə bağlı ŞOK MƏLUMAT


Bakıda qalmaqallı görüntüləri yayılan 165 nömrəli tam orta məktəbin şagirdlərindən biri ilə bağlı yeni fakt ortaya çıxıb.


BAKU.WS-in əldə etdiyi məlumata görə, şagirdlərdən biri ilə bağlı buna qədər polisə müraciət olunub.

İddialara görə, şagird bir müddət əvvəl digər məktəbliyə bıçaqla xəsarət yetirib. Məsələ ilə bağlı açıqlama verən 165 nömrəli tam orta məktəbin direktoru Vüqar Məmmədov şagirdlə bağlı polisə müraciət olunma faktını təsdiqləsə də, onun digər şagirdi bıçaqlamasını təkzib edib.

Məumat üçün bildirək ki, anormal davranışların müəllifi olan və müəllimlərinə qarşı qarşı hörmətsizlik edən hər üç 9-cu sinif şagirdi polis tərəfindən 3 illik profilaktik uçota götürülüb.

Bundan əlavə, müəllimə etik davranış qaydalarını pozduğuna görə töhmət verilib. Həmçinin təşkilatçı müavin və direktor müavini haqqında da xüsusi təqdimat yazılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu