“Göy kəpənək” apteklərdən hara “uçub”?


Son zamanlar vətəndaşların sosial şəbəkələrdə müxtəlif apteklərdə onlara lazımlı və müalicələr zamanı effektiv olan bir sıra dərmanların tapılmamasından narazılıq etdiyinin şahidi oluruq. Onlar apteklərə müraciət edərkən lazım olan dərmanın depolarda olmadığı kəlməsini tez-tez eşidirlər. Alternativ olaraq təqdim edilən dərmanlar isə insanların cibinə uyğun deyil.


AFN.az "Qafqazinfo" xəbər verir ki, bu xüsusda son günlər yaranan daha bir problem isə sistem vurduran zaman tibb bacılarına lazım olan "göy kəpənək" adlandırılan ləvazimatın da apteklərdən yoxa çıxması ilə bağlıdır. Vətəndaşlar Bakıda müxtəlif apteklərdən onu tapa bilmədiklərindən narazılıq edirlər.

Qeyd edək ki, bu kəpənəklərin qiyməti 10-15 qəpik təşkil edirdi. Bəzi apteklərdə isə həmin kəpənək tapılsa da, qiymətin 50 qəpik olduğunu bildirirlər. Onun əvəzinə təklif edilən sarı və yaşıl rəngli kəpənəklər isə xəstələr üçün əlverişli deyil. Belə ki onlar qalın olduğu üçün istifadəsi çətinlik yaradır.

Xatırladaq ki, apteklərdə dərman təminatı məsələsi Səhiyyə Nazirliyinin səlahiyyətində deyil. Nazirlik vurğulayır ki, apteklər özəl müəssisələr olduğu üçün təminat da elə özəl müəssisələr tərəfindən həyata keçirilir.

Bu məqamda bir neçə apteklə əlaqə saxladıq. "Zeytun" aptekdən bildirdilər ki, onlarda "göy kəpənək" yoxdur.

"Zəfəran" aptekdən bildirildi ki, hazırda Almaniya istehsalı olan kəpənək var, qiyməti 50 qəpikdir.

"Depo" apteklər şəbəkəsi də göy rəngli kəpənəyin olmadığı bildirildi.

"Ozon" apteklər şəbəkəsindən isə bildirdilər ki, sözügedən tibbi ləvazimat yalnız Nərimanov filialında mövcuddur, qiyməti isə 10 qəpikdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu