Azərbaycan Premyer Liqası: "Sabah" "Qəbələ"yə qalib gəldi


Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.


"Sabah" öz meydanında "Qəbələ"ni qəbul edib. "Bank Respublika Arena"da baş tutan qarşılaşma paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində qolları 38-ci dəqiqədə Coy-Lens Mikels, 41-ci dəqiqədə Xuan Kamara və 76-cı dəqiqədə Xulio Sesar Rodriges vurublar.

Bu qələbədən sonra xallarını 20-yə çatdıran "Sabah" 5-ci pillədəki mövqeyini qoruyub. Hazırda bu komandanı 4-cü sıradakı "Neftçi"dən cəmi 2 xal ayırır. "Qəbələ" isə 26 xalla ikincidir.

Qeyd edək ki, ilk oyun günündə "Zirə" səfərdə "Keşlə"ni 1:0, "Neftçi" isə "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib. Tura bu gün keçiriləcək "Səbail" - "Sumqayıt" matçı ilə yekun vurulacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu