"Neftçi" "Səbail"i darmadağın etdi


Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.


Turun son oyununda "Neftçi" "Bakcell Arena"da "Səbail"lə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 5-ci dəqiqədə Namik Ələskərov açıb. 65-ci dəqiqədə Stiven Monroz "ağ-qaralar"ın üstünlüyünü 2 topa çatdırıb. 4 dəqiqə sonra Yusuf Laval baxımlı qolla rəqibi 3-cü dəfə məyus edib. Görüşdə son nöqtəni isə 75-ci dəqiqədə Mert Çelik qoyub.

Bu qələbədən sonra xallarını 42-yə çatdıran "Neftçi" zirvədəki yerini qoruyub. "Səbail" isə 18 xalla 6-cı pillədə qalıb.

Qeyd edək ki, günün ilk matçında "Zirə" Qəbələdə eyniadlı komanda ilə bərabərə qalıb - 1:1. İlk oyun günündə baş tutmuş qarşılaşmalarda "Qarabağ" evdə "Sabah"ı 2 cavabsız qolla məğlub edib, "Sumqayıt" isə "Keşlə" ilə 2:2 hesablı heç-heçəyə razılaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu